Bu gün milli komandanın “FIFA Series – 2026” turniri çərçivəsində keçirilən oyunlarla əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Sarı-göylər”lə “qırmızı-qaralar”ın oyununu Vüqar Həsənli idarə edəcək. Artıq komandalarn start heyətləri məlumdur:
“Kəpəz”in start heyəti:
33. Yusif İmanov(GK)
7. Ehtiram Şahverdiyev
77. Fərid Nəbiyev
5. Rauf Hüseynli
11. Rəhman Hacıyev
9. Luis Paçu
29. Dioqo Verdaska (C)
24. Olavale Onanuqa
12. Mahamadu Ba
14. Adama Fofana
4. Mate Abuladze
“Kəpəz”in ehtiyat oyunçuları:
22. Məmməd Hüseynov(GK)
81. Elgün Bayramov(GK)
99. Əli Səmədov
88. Şakir Seyidov
17. Ümid Səmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
21. Sadiq Şəfiyev
6. Camal Cəfərov
97. Elxan Məmmədov
80. Şahnur İsmayılov
“Kəpəz”in baş məşqçisi:Azər Bağırov
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev(GK)
28. Murad Musayev (C)
66. Nuğay Rəşidov
27. Eşqin Əhmədov
24. İsmael Akinade
33. Seydina Keyta
50. Adriel Ba Loua
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
30. Prins Ovusu
“Qəbələ”nin ehtiyat oyunçuları:
93. Rza Cəfərov(GK)
94. Həbib Hüşənov(GK)
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
13. Nicat Əliyev
74. Süleyman Damadayev
10. Şahin Şahniyarov
21. Ziya Şəkərxanov
12. İbrahim Sanqare
3. Eduardo Kunde
8. Sambu Sissoko
“Qəbələ”nin baş məşqçisi:Kaxaber Tsxadadze
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. “Kimyaçılar”la “ağ-qaralar”ın oyununu Kamal Umudlu idarə edəcək.
Turun digər görüşləri Bazar ertəsi və Çərşənbə axşamı günü baş tutacaq. PFL Bazar ertəsi günü bir qarşılaşma təyin edilib.
Günün yeganə qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “Köhlən atlarlar”la Yevlax təmsilçisinin görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
Turun sonuncu görüşləri Çərşənbə axşamı günü keçiriləcək. PFL Çərşənbə axşamı gününə üç qarşılaşma təyin edib.
Günün açılış qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Pələnglər”lə “Boz qurd”un oyununu Rəvan Həmzəzadə idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Komplkesinin Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Mavi qartallar”la “Şirlər”in oyununu Elçin Məsiyev idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Sabah”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “bayquşlar”ın görüşünü Fərid Hacıyev idarə edəcək.
