• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Qarabağ" rəqibini darmadağın etdi-YENİLƏNİB-8

06 Aprel, 26 / 20:48
A A
"Qarabağ" "Karvan-Yevlax"ı qəbul edir-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən “Qarabağ”-“Karvan-Yevlax” oyunu başa çatdı. Gərgin keçən oyun 7:0 “Qarabağ”ın xeyrinə sonlandı.

xxxx

Oyunun 64-cü dəqiqəsində Leandro Anrade dubla imza ataraq özünün ikinci komandasının yeddinci topuna imza atdı-“Qarabağ”-“Karvan-Yevlax”-7:0
xxxx
Oyunun 48-ci dəqiqəsində Kamila Duran xett-trik edərək özünün üçüncü komandasının altıncı topuna imza atdı-“Qarabağ”-“Karvan-Yevlax”-6:0
xxxx
“Qarabağ”-“Karvan-Yevlax” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qarabağ” 5:0 irəlidədir.
xxxx
Oyunun 45-ci dəqiqəsində Kamila Duran dubl edərək özünün ikinci “Qarabağ”ın beşinci topuna imza atdı-“Qarabağ”-“Karvan-Yevlax”-5:0
xxxx
Oyunun 43-cü dəqiqəsində Abdulla Zubir “Qarabağ”ın dördüncü topuna imza atdı-“Qarabağ”-“Karvan-Yevlax”-4:0
xxxx
Oyunun 40-cı dəqiqəsində Dani Bolt “Qarabağ”ın üçüncü topuna imza atdı-“Qarabağ”-“Karvan-Yevlax”-3:0
xxxx
Oyunun 31-ci dəqiqəsində Kamila Duran “Qarabağ”ın ikinci topuna imza atdı-“Qarabağ”-“Karvan-Yevlax”-2:0
xxxxx
Bazar günü milli komandanın “FIFA Series – 2026” turniri çərçivəsində keçirilən oyunlarla əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.

Günün yeganə qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. “Köhlən atlarlar”la Yevlax təmsilçisinin görüşünü Kamranbəy Rəhimov idarə edir. Artıq oyunun 23-cü dəqiqəsində “Qarabağ” Leandro Andradenin qolu ilə hesabı açdı-“Qarabağ”-“Karvan-Yevlax”-1:0

Turun sonuncu görüşləri Çərşənbə axşamı günü keçiriləcək. PFL Çərşənbə axşamı gününə üç qarşılaşma təyin edib.

Günün açılış qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Pələnglər”lə “Boz qurd”un oyununu Rəvan Həmzəzadə idarə edəcək.

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Komplkesinin Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Mavi qartallar”la “Şirlər”in oyununu Elçin Məsiyev idarə edəcək.

Günün və turun sonuncu qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Sabah”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “bayquşlar”ın görüşünü Fərid Hacıyev idarə edəcək.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turuna Bazar günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.

Günün və turun açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Kəpəz”-“Qəbələ”-0:0. Oyunun 74-cü dəqiqəsində İsmael Akinadenin qolu ilə “Qəbələ” hesabl açıb-“Kəpəz”-“Qəbələ”-0:1. Oyunun 90-cı dəqiqəsində Domi Massumo “Qəbələ”nin ikinci topuna imza atıb-“Kəpəz”-“Qəbələ”-0:2. Bu oyunda vurulan son qol oldu və “Qəbələ” matçdan 0:2 qalib ayrılıb.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionun”da “Neftçi”ni qəbul edib. Artıq oyunun 36-cı dəqiqəsində “Neftçi” Fredi Varqasın qolu ilə hesabı açıb-“Sumqayıt”-“Neftçi”-0:1. İlk hissə “Neftçi”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 53-cü dəqiqəsində Nikola Ninkoviç “Sumqayıt”ın bərabərlik topua imza atıb-“Neftçi”-“Sumqayıt”-1:1. Oyunun 65-ci dəqiqəsində İfeanyi Metyu “Neftçi”nin ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Neftçi”-“Sumqayıt”-1:2. Oyunun 89-cu dəqiqəsində Vensan Abubakar “Neftçi”nin üçüncü topuna imza atıb-“Sumqayıt”-“Neftçi”-1:3. Bu oyunda vurulan son qol olub və “Neftçi” matçdan 1:3 qalib ayrılıb.ax

 

Previous Post

Tuneldə iki avtomobil toqquşdu: 1 yaralı

Next Post

Avtomobil parklanmış vəziyyətdə olan avtomobilə çırpılaraq aşdı: 2 yaralı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.