Bazar günü milli komandanın “FIFA Series – 2026” turniri çərçivəsində keçirilən oyunlarla əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. PFL bu günə üç qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Komplkesinin Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Mavi qartallar”la “Şirlər”in oyununu Elçin Məsiyev idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Zirə”nin start heyəti:
97. Tiaqo Silva(GK)
8. İsmayıl İbrahimli
7. Rövlan Muradov
4. Ruan Renato (C)
25. Enrike Kustodio
28. Leroy Mikels
10. Giorgi Papunaşvili
93. Brahim Konate
5. Ange Mutsinzi
11. Junior Martins
17. Ayron Qomis
“Zirə”nin ehtiyat oyunçuları:
13. Aydın Bayramov(GK)
70. Namik Ələskərov
73. Anatoli Nuriyev
32. Qismət Alıyev
21. Hacıağa Hacılı
14. Elçin Əlicanov
29. Ceyhun Nuriyev
26. Stefan Aka
9. Davit Volkov
30. Rikardo Martins
20. İssa Cibrila
22. Eren Aydın
“Zirə”nin məşqçisi: Vüqar Məmməd
“Şamaxı”nın start heyəti:
1. Rikardo Fernandes(GK)
5. Arsen Ağcabəyov (C)
2. Abdulla Rzayev
82. Rüfət Abbasov
9. Karim Rossi
10. Andrey Tirkoveanu
13. Rikardo Apolinario
11. Dioqo Balau
4. Sezar Enrike
88. Rodriqo Fernandeş
44. David Santos
“Şamaxı”nın ehtiyat oyunçuları:
62. Abdulla Seydəhmədov(GK)
99. Səlim Həşimov(GK)
17. Rafael Məhərrəmli
80. Həbib İsmayılov
27. Emil Süleymanov
97. Oruc Məmmədov
7. Edqar Adilxanov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
3. Vladislav Veremeyev
19. Abdullahi Şuaybu
“Şamaxı”nın baş məşqçisi: Ayxan Abbasov
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Sabah”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “bayquşlar”ın görüşünü Fərid Hacıyev idarə edəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turuna Bazar günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Kəpəz”-“Qəbələ”-0:0. Oyunun 74-cü dəqiqəsində İsmael Akinadenin qolu ilə “Qəbələ” hesabl açıb-“Kəpəz”-“Qəbələ”-0:1. Oyunun 90-cı dəqiqəsində Domi Massumo “Qəbələ”nin ikinci topuna imza atıb-“Kəpəz”-“Qəbələ”-0:2. Bu oyunda vurulan son qol oldu və “Qəbələ” matçdan 0:2 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionun”da “Neftçi”ni qəbul edib. Artıq oyunun 36-cı dəqiqəsində “Neftçi” Fredi Varqasın qolu ilə hesabı açıb-“Sumqayıt”-“Neftçi”-0:1. İlk hissə “Neftçi”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 53-cü dəqiqəsində Nikola Ninkoviç “Sumqayıt”ın bərabərlik topua imza atıb-“Neftçi”-“Sumqayıt”-1:1. Oyunun 65-ci dəqiqəsində İfeanyi Metyu “Neftçi”nin ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Neftçi”-“Sumqayıt”-1:2. Oyunun 89-cu dəqiqəsində Vensan Abubakar “Neftçi”nin üçüncü topuna imza atıb-“Sumqayıt”-“Neftçi”-1:3. Bu oyunda vurulan son qol olub və “Neftçi” matçdan 1:3 qalib ayrılıb.
Dünən bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 23-cü dəqiqəsində “Qarabağ” Leandro Andradenin qolu ilə hesabı açıb-“Qarabağ”-“Karvan-Yevlax”-1:0. Oyunun 31-ci dəqiqəsində Kamila Duran “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-2:0. Oyunun 40-cı dəqiqəsində Dani Bolt “Qarabağ”ın üçüncü topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-3:0. Oyunun 43-cü dəqiqəsində Abdulla Zubir “Qarabağ”ın dördüncü topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-4:0. Oyunun 45-ci dəqiqəsində Kamila Duran dubl edərək özünün ikinci “Qarabağ”ın beşinci topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-5:0. İlk hissə “Qarabağ”ın 5:0 üstünlüyü ilə başa çatıb. Oyunun 48-ci dəqiqəsində Kamila Duran “xett-trik” edərək özünün üçüncü komandasının altıncı topuna imza atdı-“Qarabağ”-“Karvan-Yevlax”-6:0. Oyunun 64-cü dəqiqəsində Leandro Anrade dubla imza ataraq özünün ikinci komandasının yeddinci topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-7:0. Bu oynda vurulan son qol oldu və “Qarabağ” matçdan 7:0 qalib ayrıldı.
