Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Bursada baş verib.
Hadisə zamanı iki avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Qəzadan sonra tərəflər arasında mübahisə yarandı. Polis tərəfləri çətinliklə ayırmağa nail olub. Qəza ilə bağlı araşdırmlara başlanılıb.
//Nəzər.Media
