Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Kastamonda baş verib.
Hadisə zamanı minik avtomobili iki məktəblini vurub. Qəza məktəblilərin yaralanmasına səbəb olub. Məktəblilər dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
