Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “NTV Haber”ə istinadən xəbər verir ki, hadisə Eskişehirdə baş verib.
Qəza zamanı iki avtomobil toqquşub. Hadisə zamanı 1 nəfər ölüb. Qəza 2 nəfərin yaralanmasına səbəb olub. Onlar dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
