Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Ərzurumda baş verib.
Hadisə zamanı sərxoş sürücü velosiped sürən şəxsi vurub. Qəza sürücünün yaralanmasına səbəb olub. Velosiped sürənin vəziyyətinin hələ də ağır olduğu bildirilib. Sürücü polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
