“Real Madrid” – “Bavariya” oyunu öncəsi Madriddə xoşagəlməz hadisələr yaşanıb. Nəzər.Media İngiltərənin “Goal” saytına istinadən xəbər verir ki, İspaniya polisi “Bavariya” azarkeşlərinə qarşı sərt müdaxilə edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə polisin dəyənəklərlə fanatlara hücum etdiyi əks olunub. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, oxşar insident 2017-ci ildə də baş vermişdi.
//Nəzər.Media
