İspaniyanın “Real Sosyedad” klubu heyətini gücləndirməkdə davam edir. Nəzər.Media Türkiyənin “sporx” saytına istinadən xəbər verir ki, La-Liqa təmsilçisi “Volhemhamton”dan heyətinə oyunçu cəlb edib.
İspaniya təmsilçisi Qoncalo Quidesi heyətinə cəlb edib. Portuqaliyalı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. Bu barədə klub rəsmi açıqlama yayıb.
Qoncalo Quides 2019-cu ildə Portuqaliya milli komandasının heyətində UEFA Millətlər Liqasının qalibi olub.
//Nəzər.Media
