Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “NTV Haber”ə istinadən xəbər verir ki, hadisə Burdurda baş verib.
Hadisə zamanı mikravtobus və betonqarışdıran maşın toqquşub. Hadisə zamanı 7 nəfər ölüb. Qəza zamanı 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
