
Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən “Sabah”-“Zirə” oyunu başa çatdı. Gərgin keçən oyunda tərəflər hərəyə iki dəfə fərqlənərək bir xala qane oldular-“Sabah”-“Zirə”-2:2
xxxx
Oyunun 51-ci dəqiqəsində İqor Noqeyra “Sabah”ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirdi-“Sabah”-“Zirə”-2:2
xxxx
“Sabah”-“Zirə” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Zirə” 1:2 irəlidədir.
xxxx
Oyunun 40-cı dəqiqəsində Erən Aydın “Zirə”nin ikinci topuna imza ataraq komandasını esabda önə keçirdi-“Sabah”-“Zirə”-1:2
xxxx
Oyunun 34-cü dəqiqəsində Ruan Renato penaltidən “Zirə”nin bərabərlik topuna imza atdı-“Sabah”-“Zirə”-1:1
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII tura start verilib. PFL bu günə üç qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Zirə”ni qəbul edir. “Bayquşlar”la “Mavi qartallar”ın görüşünü Tural Qurbanov idarə edir. Artıq oyunn 16-cı dəqiqəqsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açdı-“Sabah”-“Zirə”-1:0
Bu gün bir qarşılaşma baş tutacaq.
Günün üçüncü qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar”la Muxtar Respublika təmsilçisinin görüşünü Əli Əliyev idarə edəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. “Qırmızı-qaralar”la “pələnglər”in görüşünü Rəşad Əhmədov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Turan Tovuz” “Tovuz şəhər stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Boz qurd”la “kimyaçılar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
Qeyd etdiyimiz günü futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turuna dünən start verilib.
Günün açılış qarşılaşmasında “Karvan Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Kəpəz”i qəbul edib. Artıq oyunun 38-ci dəqiqədinsə “Karvan-Yevlax” Rauf Rüstəmlinin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:0. Oyunun 45+1-ci dəqiqəsində Rauf Rüstəmli “Kəpəz”in ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-2:0. İlk hissə “Karvan-Yevlax”ın 2:0 üstünlüyü ilə bitib. Oyunun 48-ci dəqiqəsində “Kəpəz” Fərid Nəbiyevin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Karvan-Yevlax”-“Kəpəz”-2:1. Oyunun 65-ci dəqiqəsində Eltun Turabov “Karvan-Yevlax”-ın üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-3:1. Oyunun 90+4-cü dəqisəində Rauf Rüstəmli “xett-rik” edərək özünün üçüncü “Karvan-Yevlax”ın dördündü topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-4:1. Bu oyunda son qol olub və “Karvan-Yevlax” matçdan 4:1 qalib ayrılıb.
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Şamaxı”-“Qarabağ”-0:0. Görüşün ikinci hissəsində də qol olmayıb və görüş başladığı hesabla bitib-“Şamaxı”-“Qarabağ”-0:0.
