• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Turan Tovuz" növbəti qələbəsini qazandı-YENİLƏNİB-4

12 Aprel, 26 / 19:53
A A
"Turan Tovuz" növbəti qələbəsini qazandı-YENİLƏNİB-4

Azərbaycan Premyer Liqsının XXVII turu çərçivəsində keçirilən “Turan Tovuz”-“Sumqayıt” oyunu başa çatdı. Gərgin keçən oyun 2:1 “Turan Tovuz”un xeyrinə başa çatdı.

xxxx

Oyunun 64-cü dəqiqəsində “Sumqayıt” Rayan Senhadjin qolu ilə hesab arasındakı fərqi azaltdı-“Turan Tovuz”-“Sumqayıt”-2:1

xxxx

Oyunun 50-ci dəqiqəsində Joarlem Santos “Turan Tovuz”un ikinci topuna imza atdı-“Turan Tovuz”-“Sumqayıt”-2:0

xxxxx

“Turan Tovuz”-“Sumqayıt” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Turan Tovuz” 1:0 hesabda irəlidədir.

xxxx

Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün və turun sonuncu qarşılaşmasında “Turan Tovuz” “Tovuz şəhər stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edir. “Boz qurd”la “kimyaçılar”ın görüşünü Kamranbəy Rəhimov idarə edir. Artıq oyunun 9-cu dəqiqəsində “Turan Tovuz” Filpp Ozobiçin qolu ilə hesabı açdı-“Turan Tovuz”-“Sumqayıt”-1:0

Qeyd etdiyimiz günü futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turuna Cümə günü start verilib.

Günün açılış qarşılaşmasında “Karvan Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Kəpəz”i qəbul edib. Artıq oyunun 38-ci dəqiqədinsə “Karvan-Yevlax” Rauf Rüstəmlinin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:0. Oyunun 45+1-ci dəqiqəsində Rauf Rüstəmli “Kəpəz”in ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-2:0. İlk hissə “Karvan-Yevlax”ın 2:0 üstünlüyü ilə bitib. Oyunun 48-ci dəqiqəsində “Kəpəz” Fərid Nəbiyevin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Karvan-Yevlax”-“Kəpəz”-2:1. Oyunun 65-ci dəqiqəsində Eltun Turabov “Karvan-Yevlax”-ın üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-3:1. Oyunun 90+4-cü dəqisəində Rauf Rüstəmli “xett-rik” edərək özünün üçüncü “Karvan-Yevlax”ın dördündü topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-4:1. Bu oyunda son qol olub və “Karvan-Yevlax” matçdan 4:1 qalib ayrılıb.

Dünən üç qarşılaşma baş tutub.

Günün ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Şamaxı”-“Qarabağ”-0:0. Görüşün ikinci hissəsində də qol olmayıb və görüş başladığı hesabla bitib-“Şamaxı”-“Qarabağ”-0:0.

Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Zirə”ni qəbul edib. Artıq oyunn 16-cı dəqiqəqsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Sabah”-“Zirə”-1:0. Oyunun 34-cü dəqiqəsində Ruan Renato penaltidən “Zirə”nin bərabərlik topuna imza atıb-“Sabah”-“Zirə”-1:1. Oyunun 40-cı dəqiqəsində Erən Aydın “Zirə”nin ikinci topuna imza ataraq komandasını esabda önə keçirib-“Sabah”-“Zirə”-1:2. İlk hissə “Zirə”nin 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 51-ci dəqiqəsində İqor Noqeyra “Sabah”ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Sabah”-“Zirə”-2:2. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldub-“Sabah”-“Zirə”-2:2.

Günün üçüncü qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Araz-Naxçıvan”ı qəbul edib. Arıtıq oyunun 32-ci dəqiqəsində “Neftçi” İmad Farajın qolu ilə hesabı açıb-“Neftçi”-“Araz-Naxçıvan”-1:0. İlk hissə “Neftçi”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində Breno Almeyda “Neftçi”nin ikinci topuna imza atıb-“Neftçi”-“Araz-Naxçıvan”-2:0. Oyunun 65-ci dəqiqəsində “Araz-Naxçıvan” Slavik Alxasovun qolu ilə hesab arasında fərqi azaldıb-“Neftçi”-“Araz-Naxçıvan”-2:1. Bu oyunda vurulan son qol oldu və “Neftçi” oyundan 2:1 qalib ayrıldı.

Bu gün bir qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. Artıq oyunun 45-ci dəqiqəsində “İmişli” Dioqo Rollonun qolu ilə hesabı açdı-“Qəbələ”-“İmişli”-1:0. İlk hissə “İmişli”nin 1:0 xeyrinə başa çatdı. Görüşün ikinci hissəsində qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu-“Qəbələ”-“İmişli”-1:0

 

Previous Post

Atletika Federasiyasının təşkilatçılığı ilə kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib

Next Post

Azərbaycan Premyer Liqası XXVI TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.