Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Silivridə baş verib.
Hadisə zamanı qırmızı işıqda keçən avtomobil motosikletə çırpılıb. Qəza zamanı motosikletin sürücüsü yaralanıb. Yaralı şəxs dərha xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
