• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

2026-cı il 17 aprel tarixini dünyada Ədalətli İdman Günü elan etmişdir

15 Aprel, 26 / 0:23
A A
2026-cı il 17 aprel tarixini dünyada Ədalətli İdman Günü elan etmişdir

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2026-cı il 17 aprel tarixini dünyada Ədalətli İdman Günü elan etmişdir. Təmiz idman dəyərlərinə həsr olunan bu gün dopinqə qarşı qlobal mübarizə ilə bağlı idmançılar, idman ictimaiyyəti və digər maraqlı tərəflər üçün maarifləndirmə məqsədi daşıyır.
Hər il WADA-nın təşəbbüsünə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2026-cı il 15 aprel – 15 may tarixlərini ölkəmizdə “Ədalətli İdman Ayı” elan etmişdir.
WADA hər il müxtəlif formatlarda qeyd olunan Ədalətli İdman Gününün bu il də rəqəmsal platformalar vasitəsilə geniş şəkildə təbliğ olunması üçün çağırış edib. Ali antidopinq qurumu cari ildə bu günün “Ədalətli yarış səndən başlayır” şüarı altında keçirilməsini və bu mövzuda paylaşımların #PlayTrueDay həştəqi ilə yayılmasını tövsiyə edir.
“Ədalətli İdman Ayı – 2026” çərçivəsində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi ilə yanaşı, Azərbaycanın bölgələrində maarifləndirici tədbirlərin təşkili, müxtəlif təhsil müəssisələrində görüşlərin keçirilməsi, idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində tədbirlərin reallaşdırılması planlaşdırılır. Bununla yanaşı, sosial media kampaniyalarının aparılması və ictimai təşviqat layihələrinin icrası da nəzərdə tutulur.
WADA 2014-cü ildən etibarən hər il aprel ayında Ədalətli İdman Gününü qeyd edir. Müxtəlif tarixlərdə keçirilən bu əlamətdar gün 2026-cı ildə 17 aprel tarixinə təsadüf edir. Artıq 12 ildir ki, Ədalətli İdman Günü beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunur.

Previous Post

Qadınları fahişəliyə cəlb edənlərdən biri görün kim İMİŞ

Next Post

Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovu qəbul edib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.