Türkiyədə yanğın baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Antaliyada baş verib.
Hadisə zamanı fərdi yaşayış evi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın söndürülsə də mənzilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
