Türkiyədə partlayış hadisəsi baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Koçaelidə baş verib.
Hadisə zamanı binanın qaz borusu partlayıb. Partlayış zamanı binanın qarşısındakı avtomobilə də ziyan dəyib. Partlayışın fəsadlarının aradan qaldırılması yolunda addımlar atılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
