• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“ASAN xidmət” BMT-nin Ekspertlər Komitəsinin sessiyasında müzakirəyə çıxarıldı

15 Aprel, 26 / 12:50
A A
“ASAN xidmət” BMT-nin Ekspertlər Komitəsinin sessiyasında müzakirəyə çıxarıldı

13-17 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir. Məqsəd Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərində yerləşən mənzil qərargahında İqtisadi və Sosial Şuranın Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 25-ci sessiyasında iştirakdır.

Səfər çərçivəsində Dövlət Agentliyi və BMT-nin müvafiq departamentinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2024-cü il 11 noyabr tarixində imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq naminə dövlət xidmətlərinin göstərilməsində mükəmməllik” mövzusunda tədbir baş tutub.

Tədbirə BMT-yə üzv dövlətlərin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər şəxsləri, üzv dövlətlərin BMT yanında daimi nümayəndələri və müavinləri, beynəlxalq təşkilatların rəsmiləri, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvləri və akademik dairələrin nümayəndələri olmaqla ümumilikdə 120-yə yaxın iştirakçı qatılıb.

Əsas məqsəd “ASAN xidmət”də tətbiq olunan innovativ həllər, “ASAN xidmət indeksi” qiymətləndirmə sistemi barədə məlumatın verilməsi, həmçinin BMT-yə üzv dövlətlərin nümayəndələri tərəfindən dövlət xidmətləri sahəsində həyata keçirilən təşəbbüslər barədə təcrübə mübadiləsinin həyata keçirilməsi olub.

Azərbaycan Republikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev dövlət xidmətlərinin göstərilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında “ASAN xidmət” modelinin xüsusi əhəmiyyətini qeyd edib. “ASAN xidmət” təcrübəsinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü və BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində ölkəmizin təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamənin qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua tədbir iştirakçılarına ünvanladığı müraciətində “ASAN xidmət” modelinin dövlət xidmətlərinin keyfiyyətinin artırılmasında nümunəvi təcrübə olduğunu vurğulayıb. Eləcə də, o, Töhfə Sazişinin icrası çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib və az inkişaf etmiş, dənizə çıxışı olmayan inkişaf etməkdə olan və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin müvafiq istiqamətlər üzrə potensialının artırılmasında verilən töhfəyə və göstərilən dəstəyə görə Azərbaycan Respublikasına təşəkkürünü bildirib.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş “ASAN xidmət” modeli və “ASAN xidmət indeksi” qiymətləndirmə sistemi barədə geniş təqdimat edib. O, “ASAN xidmət indeksi” qiymətləndirmə mexanizminin şəffaflığın, səmərəliliyin və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. Bununla yanaşı, müvafiq mexanizmin BMT-yə üzv digər dövlətlərdə də tətbiqi istiqamətində əməkdaşlığa hazır olunduğunu diqqətə çatdırıb və hazırda “ASAN xidmət” təcrübəsinin bir sıra ölkələrdə uğurla tətbiq olunduğunu vurğulayıb.

Tədbir çərçivəsində BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru, BMT-nin İqtisadi və Sosial Məsələr üzrə Departamentinin bölmə rəhbəri, İslam Əməkdaşlıq Təkilatının BMT yanında daimi müşahidəçisi, Özbəkistanın, İndoneziyanın, Pakistanın, Keniyanın və Efiopiyanın BMT yanında daimi nümayəndələri və müavinləri, Macarıstanın Dövlət İdarəçiliyi və Regional İnkişaf Nazirliyinin dövlət katibinin müavini, eləcə də BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 25-ci sessiyasının sədri çıxış ediblər.

Çıxışçılar ölkəmizin dövlət xidmətləri sahəsindəki qabaqcıl təcrübəsinin paylaşılmasının qlobal səviyyədə faydalı olacağını vurğulayıblar.

Dövlət Agentliyinin nümayəndə heyətinin Nyu Yorka səfəri davam edir.

Previous Post

Akademik Zərifə Əliyevanın anım günüdür

Next Post

Günəşli sahillər və qədim irs: Antalyanın tarixi panoraması

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.