• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“Nə olsun ki, şəhid qızısan?”, “kimə və hara istəyirsən, müraciət elə”

16 Aprel, 26 / 19:54
A A
“Nə olsun ki, şəhid qızısan?”, “kimə və hara istəyirsən, müraciət elə”

“Space” Televiziyasında baş verən hadisələrlə bağlı Bakupost.az-a daha bir məlumat daxil olub.

Telekanalın Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızına qarşı da ədalətsizliyə yol verilib.

Məlumata görə, gözlənilmədən, heç bir xəbərdarlıq edilmədən o bir müddət əvvəl işdən azad edilib. Rəhbərlik bu addımı maliyyə böhranı ilə əlaqələndirib.

Onu da qeyd edək ki, G.Şahmalıqızı “Space” kanalının vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişilə işdən çıxarılıb.

Məlumata görə, Günel Şahmalıqızı işdən çıxarılması ilə bağlı icraçı direktorla görüşərək, şəhid qızı olduğunu bildirib. Eyni zamanda, himayəsində əlil anasının olduğunu deyərək müəyyən möhlət istəyib. Qarşı tərəf isə kobud şəkildə “nə olsun ki, şəhid qızısan?”, “kimə və hara istəyirsən, müraciət elə” ifadəsini işlədib.

Məsələ ilə bağlı Günel Şahmalıqızı ilə əlaqə saxladıq. O, yuxarıda qeyd olunanları təsdiqlədi. Amma əlavə şərh vermədi.
Xatırladaq ki, 21 illik jurnalistlik təcrübəsinə malik Günel Şahmalıqızı “Space” televiziyasında xəbərlər proqramının aparıcısı, redaktoru, habelə Prezident müxbiri olub. Atası Şahmalı Aliyev birinci Qarabağ müharibəsi şəhididir. 1992-ci ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Qeyd edək ki, aparılan yoxlamalar nəticəsində iki gün əvvəl “Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.

//milli.az

Previous Post

"Komedixana"nın aktrisası bu sualın qarşısında ACİZ QALDI - VİDEO

Next Post

Vüsalənin səhhətində problem yarandı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.