Keir Starmer hökuməti ciddi siyasi böhranla üzləşib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ səfirliyi təyinatı ilə bağlı ortaya çıxan iddialar ölkədə narazılıq yaradıb.
İddiaya görə, Peter Mandelson haqqında mənfi təhlükəsizlik hesabatına baxmayaraq ABŞ səfiri təyin olunub. Bu məsələ Ceffrey Epşteyin ilə əlaqələr fonunda daha da mübahisəli hala gəlib.
Müxalifət partiyaları Baş nazirin istefasını tələb edir və onu məlumatları gizlətməkdə ittiham edir. Hökumət isə qərarın Daxili İşlər Nazirliyi tərəfindən verildiyini və Starmerin gec xəbər tutduğunu bildirir.
Baş nazir yaxın günlərdə parlamentdə məsələ ilə bağlı geniş açıqlama verəcək.
//Nəzər.Media
