• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Qarabağ" səfərdən qələbə ilə qayıdır-YENİLƏNİB-2

05 Avqust, 25 / 23:56
A A
"Qarabağ" səfərdən qələbə ilə qayıdır-YENİLƏNİB-2

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Şkendiya”-“Qarabağ” oyunu başa çatdı. Gərgin keçən oyunda “Qarabağ” 0:1 qalib gəldi. Tərəflər arasında cavab görüşü Avqustun 12-də “Tofiq Bəhramov adına Respublika Stadionu”nda keçiriləcək.

xxxx

“Şkendiya”-“Qarabağ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qarabağ” 0:1 hesabda irəlidədir.

xxxxx

UEFA Çempionlar Liqasındakı yeganə təmsilçimiz Ağdamın “Qarabağ” klubu səfərdə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Şimali Makedoniyanın “Şkendiya” klubunun qonağıdır. “Todor Proeski Milli Arena”sından “Qarabağ”ımız sərfəli nəticə ilə qayıtmaq istəyir. Meydan sahibləridə doğma arena amilindən yararlanmağa çalışır. Görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi İvan Kruzliakadır. Ona ədaləti təmsil etməkdə həmyerliləri Branislav Hançko və Yan Pozor kömək edir. Oyunda dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirir. VAR-da Mixal Oçenaşaya Boris Marhefkaya kömək edir. Artıq oyunun 18-ci dəqiqəsində “Qarabağ” Toral Bayramovun penaltidən qolu ilə hesabı açdı-“Şkendiya”-“Qarabağ”-0:1

“Qarabağ”mız UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda İralandiyanın “Şelburn” klubunu qəbul edir. “Qarabağ” səfərdəki qələbədən sonra növbəti mərhələ haqqında düşünür. Qonaqlar isə Bakıda möcüzə axtarışındadır. Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Andrea Kolombodur. Ona ədaləti təmsil etməkdə həmyerliləri Stefano Alassio və Dario Cekkoni kömək edir. VAR-da Daniele Doveriyə Daniele Paterna kömək edir. Artıq oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Şelburn” oyunçusu Con Martinin avtoqolu ilə hesabı açaraq ümumi hesabı artırdı-“Qarabağ”-“Şelburn”-1:0(4:0)

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulub. Təmsilçimiz ilk oyunda İyulun 23-də Dublindəki “Tolka Park” stadionunda “Şelburn”un qonağı olub. Oyunun 13-cü dəqiqəsində “köhlən atlar” Leandro Andradenin qolu ilə hesabı açıb-“Şelburn”-“Qarabağ”-0:1. Görüşün ilk hissəsi 0:1 “Qarabağ”ın xeyrinə başa çatıb. Oyunun 81-ci dəqiqəsində Aleksey Kaşuk “Qarabağ”ın üçüncü topuna imza atıb-“Şelburn”-“Qarabağ”-0:2. Oyunun 85-ci dəqiqəsində Nəriman Axundazadə “Qarabağ”ım üçüncü topuna imza atdı-“Şelburn”-“Qarabağ”-0:3. Bu oyunda vurulan son qol olub və “Qarabağ” matçadan 0:3 qalib ayrıdı.

İyulun 30-da təmsilçimiz “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şelburn”u qəbul edib. Artıq oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Şelburn” oyunçusu Con Martinin avtoqolu ilə hesabı açaraq ümumi hesabı artırdı-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Görüşün ilk hissəsi “Qarabağ”ın 1:0 ümumi hesabda 4:0 üstünlüyü ilə başa çatıb-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Belə bu görüşdə 1:0 qalib gələn “Köhlən Atlar” ümumi hesabda 4:0 qalib gələrək adını III təsnifat mərhələsinə yazdıra bilib.

Previous Post

Azərbaycanda bu evlər bərpa ediləcək

Next Post

Günün qoroskopu: Maddi baxımdan risk etməyə ehtiyac yoxdur

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.