• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

Bu dondurmalar keyfiyyətsiz və təhlükəlidir - AÇIQLAMA

05 Avqust, 25 / 22:51
A A
Bu dondurmalar keyfiyyətsiz və təhlükəlidir - AÇIQLAMA

Yay aylarının ən sevimli təamlarından olan dondurma həm dadı, həm də sərinləşdirici təsiri ilə mövsüm müddətində ən çox istifadə olunan qida məhsullarındandır. Ancaq dondurma düzgün seçilmədikdə sağlamlıq üçün risklər yarada bilər. Bu səbəbdən alıcılar məhsulun tərkibi, istehsal və saxlama şəraiti barədə məlumatlı olmalıdırlar. Mağazalarda hər növdə və qiymətdə dondurma çeşidlərini görmək mümkündür. Hazırladığımız materialda mütəxəssis rəyinə əsaslanaraq, dondurma alarkən diqqət yetirilməli vacib məqamları və istehlakçılara faydalı ola biləcək tövsiyələri təqdim edirik.

Mövzu ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Fərif Səfərov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, yay aylarında dondurma həm sərinləşdirici, həm də ləzzətli seçim olsa da, keyfiyyətsiz və ya düzgün saxlanılmayan dondurmalar sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Onun sözlərinə görə, dondurma alarkən bir sıra əsas məqamlara diqqət yetirmək mütləqdir: “Dondurma alarkən tərkibə diqqət etmək mütləqdir. Ən əsas göstərici dondurmanın tərkibidir. Əgər dondurmada “bitki yağı”, “hidrogenləşdirilmiş yağ”, “emulqator”, “qatılaşdırıcı” kimi maddələr varsa, bu daha ucuz və aşağı keyfiyyətli alternativ hesab olunur”.

F.Səfərov söyləyib ki, təbii tərkibli südlü dondurmalar daha təhlükəsizdir. Onun sözlərinə görə, dondurma alarkən onun saxlanma şəraitinə də mütləq diqqət yetirmək lazımdır: “Dondurma yalnız – 18°C-də saxlanılmalıdır. Ərimiş və sonra yenidən donmuş dondurmalardan uzaq durmaq gərəkdir. Üzərində buz kristallarının olması, onun formasının dəyişməsi buna işarədir. Dondurmada istehsalçı adı, tərkibi, istehsal və son istifadə tarixi, saxlanma temperaturu etiketdə aydın göstərilməlidir. Etiketi olmayan və ya qeyri-rəsmi şəkildə satılan dondurmalardan uzaq durmaq lazımdır”.

Ekspert qeyd edib ki, təbii meyvəli dondurmalar çox parlaq rəngdə olmur: “Məsələn, çiyələkli dondurma çox tünd qırmızı rəngdədirsə, süni rəngləndirici ehtimalı yüksəkdir. Ətirli, lakin süd dadı olmayan dondurma da keyfiyyətli olmaya bilər. Keyfiyyətli dondurma baha başa gəlir. Çox ucuz dondurmalar adətən süni qatqılarla hazırlanır. Ona görə də tanınmış, sertifikatlı istehsalçıların məhsullarına üstünlük vermək daha məqsədəuyğundur”.

//milli.az

Previous Post

Leyla Quliyeva və "Tramp" - FOTO

Next Post

Bu ərazidə 680 abonentin qazı KƏSİLƏCƏK

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.