Polşada keçirilən şahmat üzrə şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.
Qitə çempionatında müvafiq olaraq ikinci və üçüncü yeri tutan təmsilçilərimiz Nicat Abasovla Aydın Süleymanlıya gümüş və bürünc medal, o cümlədən kubok təqdim olunub.
Qeyd edək ki, yekunda gümüş və bürünc medalçı Nicat Abasovla Aydın Süleymanlı, eyni zamanda dördüncü pillədə qərarlaşan Məhəmməd Muradlı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.
