Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Sakaryada baş verib.
Qəza zamanı minik avtomobili qırmızı işığa məhəl qoymayan velosipedlə toqquşub. Hadisə zamanı velosipedin sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Hadisənin baş verməsi bir hadisə yerində olan mikroavtobusun təhlükəsizlik kameralarında qeydə alınıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
