Yaponiyada meşə yanğınları vüsət alıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təbii fəlakət İvate əyalətində baş verib.
Əyalətin iki ayrı nöqtəsində meşə yanğını baş verir. Yanğın zamanı 229 mənzildən 2558 nəfər təxliyyə edilib. Yanğınlar zamanı artıq 200 hektar ərazi külə dönüb. Yanğının qarşısının alınması və fəsadlarının azaldılması üçün fövqaladə qərargah yaradılıb.
//Nəzər.Media
