Ukrayna ilə Macarıstan və Slovakiya arasında artan gərginlik fonunda “Drujba” boru xətti ilə bağlı problem qismən həll olunub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, dünəndən etibarən iki ölkəyə neft axını bərpa edilib.
Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bildirib ki, Rusiya nefti artıq ölkəyə çatır və tədarük razılaşdırılmış plana uyğun aparılır. Onun sözlərinə görə, neft gecə saat 02:00-dan sonra ölkəyə daxil olmağa başlayıb.
Baş nazir Robert Fiko isə Ukrayna ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini vurğulayıb.
//Nəzər.Media
