ABŞ-ın Corciya ştatında baş verən meşə yanğınları geniş əraziyə yayılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ümumilikdə 27 min hektar sahə yanaraq külə çevrilib.
Brantley bölgəsində baş verən yanğında 54 ev yararsız hala düşüb. Təxminən min ev isə hələ də risk altındadır. Digər bölgələrdə də minlərlə hektar ərazi yanıb. Sakinlərin bir hissəsi təxliyə edilib. Ştat qubernatoru Brian Kemp 91 rayonda fövqəladə vəziyyət elan edib. Yanğınların söndürülməsi davam edir.
//Nəzər.Media
