“Arsenal” yay transfer pəncərəsi üçün Arda Gülər ilə yenidən maraqlanmağa başlayıb. Nəzər.Media İngiltərənin GOAL qəzetinə istinadən xəbər verir ki, London klubu futbolçunun menecerləri ilə əlaqə saxlayaraq mümkün transferi araşdırır.
“Topçular”ın baş məçisi Migel Arteta yarımmüdafidə Ardanı şəxsən istəyir. Bundan əlavə İngitərənin digər nəhəngi “Çelsi”də Türkiyəli futbolçu ilə maraqlanır.
Ancaq buna baxmayaraq Gülər hal-hazırda “Real Madrid”də qalmağı arzulayır. Buna görə də transferin reallaşması hazırda real görünmür.
Qeyd edək ki, gənc futbolçusu 50 oyunda 20 qol vurmağa nail olub.
//Nəzər.Media
