Türkiyədə yanğın hadisəsi baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Hatayda baş verib.
Hadisə zamanı zəlzələdən sonra vətəndaşların sığındığı vaqon yanıb. Hadisə zamanı xəsarət alan olmasa da vaqona və içindəki əşyalara ciddi ziyan dəyib. Yanğın söndürülüb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
