
Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində keçirilən “Şamaxı”-“Kəpəz” oyunu başa çatdı. Gərgin keçən matç 2:0 “Şamaxı”nın xeyrinə başa çatdı.
xxx
Oyunun 75-ci dəqiqəsində Andrey Tirkoveanu “Şamaxı”nın ikinci topuna imza atdı-“Şamaxı”-“Kəpəz”-2:0
xxxx
Oyunun 68-ci dəqiqəsində “Şamaxı” Rikardo Apolinarionun qolu ilə hesabı açdı-“Şamaxı”-“Kəpəz”-1:0
xxxx
Şənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim gəncə təmsilçisi “Kəpəz”i qəbul edir. “Şirlər”lə “sarı-göylər”in görüşünü Rəşad Əhmədov idarə edir. Artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Şamaxı”-“Kəpəz”-0:0
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Qarabağ”ı qəbul edəcək. “Ağ-qaralar”la “köhlən atlar” arasında görüşü Tural Qurbanov idarə edəcək.
Turun sonuncu görüşləri Bazar ertəsi günü keçiriləcək.Bazar ertəsi günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Zirə”ni qəbul edəcək. “Boz qurd”la “mavi qartallar”ın görüşünü Rəvan Həmzəzadə idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Yevlax təmsilçisi ilə “bayquşlar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turuna dünən start verilib. PFL açılış gününə iki qarşılaşma təyin etmişdi.
Günün və turun ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 35-ci dəqiqəsində “Sumqayıt” Aleksandr Ramalinqomun qolu ilə hesabı açıb-“İmişli”-“Sumqayıt”-0:1. İlk hissə “Sumqayıt”ın xeyrinə başa çatdı. Oyunun 85-ci dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza atıb-“İmişli”-“Sumqayıt”-0:2. Bu oyunda vurulan son qol oldu və “Sumqayıt” matçdan 0:2 qalib ayrıldı.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Qəbələ”-“Araz-Naxçıvan”-0:0. Oyunun 76-cı dəqiqəsində “Araz-Naxçıvan”ın heyətindən Ömər Buludovun avtoqulu ilə “Qəbələ” hesabı açıb-“Qəbələ”-“Araz-Naxçıvan”-1:0. Oyunun 83-cü dəqiqəsində İssuf Paro “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Qəbələ”-“Araz-Naxçıvan”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane oldular-“Qəbələ”-“Araz-Naxçıvan”-1:1
