• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Qarabağ" "Neftçi"ni darmadağın etdi-YENİLƏNİB-6

26 Aprel, 26 / 20:52
A A
"Neftçi" "Qarabağ"ı qəbul edir-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində keçirilən “Neftçi”-“Qarabağ” oyunu başa çatdı. Matç 1:5 “Neftçi”nin xeyrinə başa çatdı.

xxxx

Oyunun 90+3-cü dəqiqəsində Emanuel Addai “Qarabağ”ın beşinci topuna imza atdı-“Neftçi”-“Qarabağ”-1:5

xxxx

Oyunun 68-ci dəqiqəsində Leandro Andrade “Qarabağ”ın dördüncü topuna imza atdı-“Neftçi”-“Qarabağ”-1:4

xxxx

“Neftçi”-“Qarabağ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qarabağ” 1:3 irəlidədir.

xxxx

Oyunun 38-ci dəqiqəsində Joni Montiel “Qarabağ”ın üçüncü topuna imza atdı-“Neftçi”-“Qarabağ”-1:3

xxxx

Oyunun 32-ci dəqiqəsində Musa Qurbanlı dubl edərək “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Neftçi”-“Qarabağ”-1:2

xxxx

Oyunun 21-ci dəqiqəsində “Neftçi” Elvin Bədəlovun qolu ilə hesabı bərabərləşdirdi-“Neftçi”-“Qarabağ”1:1

xxxx

Şənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Qarabağ”ı qəbul edir. “Ağ-qaralar”la “köhlən atlar” arasında görüşü Tural Qurbanov idarə edir. Artıq oyunn 9-cu dəqiqəsində “Qarabağ” Musa Qurbanlının qolu ilə hesabı açdı-“Neftçi”-“Qarabağ”-1:0

Turun sonuncu görüşləri Bazar ertəsi günü keçiriləcək.Bazar ertəsi günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Zirə”ni qəbul edəcək. “Boz qurd”la “mavi qartallar”ın görüşünü Rəvan Həmzəzadə idarə edəcək.

Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Yevlax təmsilçisi ilə “bayquşlar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turuna dünən start verilib. PFL açılış gününə iki qarşılaşma təyin etmişdi.

Günün və turun ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 35-ci dəqiqəsində “Sumqayıt” Aleksandr Ramalinqomun qolu ilə hesabı açıb-“İmişli”-“Sumqayıt”-0:1. İlk hissə “Sumqayıt”ın xeyrinə başa çatdı. Oyunun 85-ci dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza atıb-“İmişli”-“Sumqayıt”-0:2. Bu oyunda vurulan son qol oldu və “Sumqayıt” matçdan 0:2 qalib ayrıldı.

Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Qəbələ”-“Araz-Naxçıvan”-0:0. Oyunun 76-cı dəqiqəsində “Araz-Naxçıvan”ın heyətindən Ömər Buludovun avtoqulu ilə “Qəbələ” hesabı açıb-“Qəbələ”-“Araz-Naxçıvan”-1:0. Oyunun 83-cü dəqiqəsində İssuf Paro “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Qəbələ”-“Araz-Naxçıvan”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane oldular-“Qəbələ”-“Araz-Naxçıvan”-1:1.

Bu gün bir qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Şamaxı”-“Kəpəz”-0:0. Oyunun 68-ci dəqiqəsində “Şamaxı” Rikardo Apolinarionun qolu ilə hesabı açıb-“Şamaxı”-“Kəpəz”-1:0. Oyunun 75-ci dəqiqəsində Andrey Tirkoveanu “Şamaxı”nın ikinci topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-2:0. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 2:0 qalib ayrıldı.

 

Previous Post

Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb

Next Post

IV minifutbol turnirinin finalçıları məlum olub

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.