• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Tovuzda qalib müəyyənləşmədi-YENİLƏNİB-3

27 Aprel, 26 / 19:53
A A
“Turan Tovuz” “Zirə”ni qəbul edir-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində keçirilən “Turan Tovuz”-“Zirə” oyunu başa çatdı. Gərgin keçən matçda tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane oldular-“Turan Tovuz”-“Zirə”-1:1
xxxx
Oyunun 63-cü dəqiqəsində David Valkov “Zirə”nin bərabərlik topuna imza atdı-“Turan Tovuz”-“Zirə”-1:1
xxxx
“Turan Tovuz”-“Zirə” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Turan Tovuz” 1:0 hesabda irəlidədir.
xxxx
Şənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Zirə”ni qəbul edir. “Boz qurd”la “mavi qartallar”ın görüşünü Rəvan Həmzəzadə idarə edir. Artıq oyunun 22-ci dəqiqəsində “Turan Tovuz” Rəhim Sadıxovun qolu ilə hesabı açdı.

Bu gün daha bir qarşılaşma baş tutacaq.

Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Yevlax təmsilçisi ilə “bayquşlar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turuna Şənbə gübü start verilib. PFL açılış gününə iki qarşılaşma təyin etmişdi.

Günün və turun ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 35-ci dəqiqəsində “Sumqayıt” Aleksandr Ramalinqomun qolu ilə hesabı açıb-“İmişli”-“Sumqayıt”-0:1. İlk hissə “Sumqayıt”ın xeyrinə başa çatdı. Oyunun 85-ci dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza atıb-“İmişli”-“Sumqayıt”-0:2. Bu oyunda vurulan son qol oldu və “Sumqayıt” matçdan 0:2 qalib ayrıldı.

Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Qəbələ”-“Araz-Naxçıvan”-0:0. Oyunun 76-cı dəqiqəsində “Araz-Naxçıvan”ın heyətindən Ömər Buludovun avtoqulu ilə “Qəbələ” hesabı açıb-“Qəbələ”-“Araz-Naxçıvan”-1:0. Oyunun 83-cü dəqiqəsində İssuf Paro “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Qəbələ”-“Araz-Naxçıvan”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane oldular-“Qəbələ”-“Araz-Naxçıvan”-1:1.

Dünən iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Şamaxı”-“Kəpəz”-0:0. Oyunun 68-ci dəqiqəsində “Şamaxı” Rikardo Apolinarionun qolu ilə hesabı açıb-“Şamaxı”-“Kəpəz”-1:0. Oyunun 75-ci dəqiqəsində Andrey Tirkoveanu “Şamaxı”nın ikinci topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-2:0. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 2:0 qalib ayrıldı.

Günün ikinci qarşılaşmasında Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Qarabağ”ı qəbul edib. Artıq oyunn 9-cu dəqiqəsində “Qarabağ” Musa Qurbanlının qolu ilə hesabı açıb-“Neftçi”-“Qarabağ”-1:0. Oyunun 21-ci dəqiqəsində “Neftçi” Elvin Bədəlovun qolu ilə hesabı bərabərləşdirib-“Neftçi”-“Qarabağ”1:1.Oyunun 32-ci dəqiqəsində Musa Qurbanlı dubl edərək “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Neftçi”-“Qarabağ”-1:2. Oyunun 38-ci dəqiqəsində Joni Montiel “Qarabağ”ın üçüncü topuna imza atıb-“Neftçi”-“Qarabağ”-1:3. İlk hissə “Qarabağ”ın 1:3 üstünlüyü ilə başa çatıb. Oyunun 68-ci dəqiqəsində Leandro Andrade “Qarabağ”ın dördüncü topuna imza atıb-“Neftçi”-“Qarabağ”-1:4. Oyunun 90+3-cü dəqiqəsində Emanuel Addai “Qarabağ”ın beşinci topuna imza atıb-“Neftçi”-“Qarabağ”-1:5. Bu oyunda vurulan son qol oldu və “Qarabağ” matçdan 1:5 qalib ayrıldı.

Previous Post

"Sabah" "Karvan-Yevlax"ı qəbul edir-START HEYƏTLƏR

Next Post

Binəqədi Rayon İcra Hakimiyyəti hara baxır !? - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.