Şənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Yevlax təmsilçisi ilə “bayquşlar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Sabah”ın start heyəti:
92. Stas Pokatilov (GK)(C)
10. Aleksey İsayev
5. Rəhman Daşdəmirov
21. Velko Simiç
40. İqor Noqeyra
80. Akim Zedadka
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
99. Patrik Mbina
7. Umarali Raxmonaliyev
19. Aron Maluda
“Sabah”ın ehtiyat oyunçuları:
55. Nicat Mehbalıyev(GK)
94. Rəvan Mirzəmmədov(GK)
17. Tellur Mütəllimov
2. Amin Seydiyev
9. Xəyal Əliyev
89. Cəfər Muxtarov
70. Cesse Sekidika
11. Kahim Parris
53. Andrey Santos
83. Stefen Ende
“Sabah”ın baş məşqçisi:Valdas Dambrauskas
“Karvan-Yevlax”ın start heyəti:
99. Pedro Mateuş(GK)
6. Vadim Abdullayev (C)
13. Vüsal Məsimov
17. Samir Abdullayev
5. Emin Rüstəmov
2. Şakil Sno
11. Kayl Spens
19. Tompson Qavi
8. Peter Kings
21. İmani Barker
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
1. Kamran İbrahimov(GK)
25. Əmrah Bulud(GK)
16. Rauf Rüstəmli
20. Coy Sleyd Mikels
37. Mois Nqvisani
10. Samuel Durrant
“Karvan-Yevlax”ın baş məşqçisi:Füzuli Məmmədov
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turuna Şənbə gübü start verilib. PFL açılış gününə iki qarşılaşma təyin etmişdi.
Günün və turun ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 35-ci dəqiqəsində “Sumqayıt” Aleksandr Ramalinqomun qolu ilə hesabı açıb-“İmişli”-“Sumqayıt”-0:1. İlk hissə “Sumqayıt”ın xeyrinə başa çatdı. Oyunun 85-ci dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza atıb-“İmişli”-“Sumqayıt”-0:2. Bu oyunda vurulan son qol oldu və “Sumqayıt” matçdan 0:2 qalib ayrıldı.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Qəbələ”-“Araz-Naxçıvan”-0:0. Oyunun 76-cı dəqiqəsində “Araz-Naxçıvan”ın heyətindən Ömər Buludovun avtoqulu ilə “Qəbələ” hesabı açıb-“Qəbələ”-“Araz-Naxçıvan”-1:0. Oyunun 83-cü dəqiqəsində İssuf Paro “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Qəbələ”-“Araz-Naxçıvan”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane oldular-“Qəbələ”-“Araz-Naxçıvan”-1:1.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Şamaxı”-“Kəpəz”-0:0. Oyunun 68-ci dəqiqəsində “Şamaxı” Rikardo Apolinarionun qolu ilə hesabı açıb-“Şamaxı”-“Kəpəz”-1:0. Oyunun 75-ci dəqiqəsində Andrey Tirkoveanu “Şamaxı”nın ikinci topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-2:0. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 2:0 qalib ayrıldı.
Günün ikinci qarşılaşmasında Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Qarabağ”ı qəbul edib. Artıq oyunn 9-cu dəqiqəsində “Qarabağ” Musa Qurbanlının qolu ilə hesabı açıb-“Neftçi”-“Qarabağ”-1:0. Oyunun 21-ci dəqiqəsində “Neftçi” Elvin Bədəlovun qolu ilə hesabı bərabərləşdirib-“Neftçi”-“Qarabağ”1:1.Oyunun 32-ci dəqiqəsində Musa Qurbanlı dubl edərək “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Neftçi”-“Qarabağ”-1:2. Oyunun 38-ci dəqiqəsində Joni Montiel “Qarabağ”ın üçüncü topuna imza atıb-“Neftçi”-“Qarabağ”-1:3. İlk hissə “Qarabağ”ın 1:3 üstünlüyü ilə başa çatıb. Oyunun 68-ci dəqiqəsində Leandro Andrade “Qarabağ”ın dördüncü topuna imza atıb-“Neftçi”-“Qarabağ”-1:4. Oyunun 90+3-cü dəqiqəsində Emanuel Addai “Qarabağ”ın beşinci topuna imza atıb-“Neftçi”-“Qarabağ”-1:5. Bu oyunda vurulan son qol oldu və “Qarabağ” matçdan 1:5 qalib ayrıldı.
