• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

MSK-ya yenidən sədr seçilən Məzahir Pənahovun dosyesi

28 Aprel, 26 / 0:47
A A
MSK-ya yenidən sədr seçilən Məzahir Pənahovun dosyesi

Xəbər verdiyimiz kimi, Məzahir Pənahov səsvermə yolu ilə yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.

Nəzər.Media Trend-ə istinadən Məzahir Pənahovun dosyesini təqdim edir:

Məzahir Pənahov 1951-ci il martın 13-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub.

O, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1972-ci ildə həmin ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib.

Təhsilini davam etdirən Pənahov 1973-1976-cı illərdə A. F. İoffe adına Fizika-Texnika İnstitutunda aspirantura təhsili alıb. 1979-cu ildə fizika-riyaziyyat elmləri namizədi, 1992-ci ildə isə elmlər doktoru elmi dərəcəsini əldə edib.

Əmək fəaliyyətinə akademik sahədə başlayan Məzahir Pənahov uzun illər Bakı Dövlət Universitetində çalışıb və 1996-cı ildən ümumi riyaziyyat kafedrasına rəhbərlik edib.

1998-2000-ci illərdə Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsində işləyib.

2000-ci il mayın 19-da MSK üzvü təyin olunan Pənahov elə həmin gün komissiyanın sədri seçilib və o vaxtdan etibarən bu vəzifəni icra edir.

MSK sədri kimi fəaliyyəti dövründə ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumların təşkilinə rəhbərlik edən Pənahov Azərbaycanın seçki sisteminin əsas fiqurlarından biri hesab olunur. O, dövlət qulluğundakı fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Previous Post

Zərifə Əliyevanın anadan olmasından 103 il ötür

Next Post

Space TV-də 2 veriliş bağlandı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.