Rusiyanın Qara dəniz sahillərində yerləşən neft emalı zavodlarına edilən hücumlardan sonra ciddi ekoloji fəlakət yaranıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tonlarla neftin dənizə axdığı və çirklənmənin sürətlə yayıldığı bildirilir.
Ən çox zərər Anapa və Tuapse bölgələri arasında qeydə alınıb.Yanğınlar nəticəsində yaranan qara tüstü və çirklənmiş yağış geniş əraziyə yayılıb. Mütəxəssislər bu sızıntının Qara dənizin ekosisteminə uzunmüddətli zərər verə biləcəyini deyir.
//Nəzər.Media
