ABŞ-da keçirilən yeni sorğu maraqlı nəticələr ortaya çıxarıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, “Pew Research” tərəfindən aparılan araşdırmada 3 mindən çox insan iştirak edib.
İştirakçıların yarıdan çoxu ABŞ-ın xarici siyasətdə digər ölkələrin maraqlarını nəzərə almadığını düşünür. Bu göstərici 53 faizə yüksələrək ciddi artım göstərib. Mütəxəssislər bu dəyişimi ABŞ xarici siyasətinə etimadın zəifləməsi kimi qiymətləndirib.
//Nəzər.Media
