ABŞ-da silahlı insident baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Oklahoma ştatında baş verib.
Odlu silahlı şəxs gölün ətrafında gəzən şəxslərə hücum edib. Hadisə zamanı 10 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis naməlum şəxsin axtarışlarına başlayıb.
//Nəzər.Media
