Rumıniyada Baş nazir İlie Bolojan hökuməti etimad səsverməsindən keçə bilməyərək istefaya göndərildi. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, səsvermə öncəsi parlamentdə gərginlik yaşanıb.
Bolojan təklifi yanlış və süni adlandırıb. Hökumətin parlamentdən səs ala bilməməsi siyasi böhranı daha da dərinləşdirib. Prezident Nicușor Dan yeni hökumətin qurulması üçün danışıqlara başlayacaq.
//Nəzər.Media
