Türkiyə ilə Ermənistan arasında əməkdaşlıq olacaq. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
O bildirib ki, Ani körpüsünün birgə bərpası turizm üçün yeni imkanlar yaradacaq
Rubinyan sərhədlərin açılmasının iki ölkə üçün böyük iqtisadi və turizm potensialı açacağını deyib.
“Körpünün həm Ermənistan, həm də Türkiyə tərəfində yerləşməsi layihəni daha da əhəmiyyətli edir. Ani xarabalıqları ilə birlikdə vahid turizm məkanı yaradıla bilinəcək.Tərəflər artıq bərpa ilə bağlı razılaşma əldə ediblər” deyə Rubinyan bildirib.
//Nəzər.Media
