Ukrayna ordusu Rusiya ərazisinə yüzlərlə pilotsuz uçuş aparatı ilə hücum edin. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik 289 PUA-nın Moskva və müxtəlif bölgələrdə vurulduğunu açıqlayıb. Hücumlar nəticəsində bəzi sənaye zonalarında yanğınlar və yaralananların olduğu qeyd edilib. Moskva istiqamətində uçan bir neçə PUA-nın da zərərsizləşdirildiyi bildirilib. Hadisə bölgələrdə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə səbəb olub.
//Nəzər.Media
