ABŞ İranın nüvə obyektlərinin tam sökülməsini tələb edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Vaşinqton zənginləşdirilmiş uranın təhvil verilməsini istəyir.
Ağ Ev geniş beynəlxalq yoxlamaların aparılmasını da şərt kimi irəli sürüb. Donald Tramp bildirib ki, İranın cavab verməsi üçün 48 saat vaxtı var. Tramp razılıq əldə olunmasa, ABŞ hərbi addım ata biləcəyini açıqlayıb.
//Nəzər.Media
