Şahzadə Keyt xərçəngdən sonra ilk xarici səfərinə hazırlaşır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Keyt, 13-14 may tarixlərində İtaliyaya gedəcək.
Səfər Rekkoo Emiliya şəhərində baş tutacaq. Görüşlərin əsas mövzusu erkən uşaq təhsili olacaq. Keytin son xarici səfəri 2022-ci ildə ABŞ-yə olmuşdu.
//Nəzər.Media
