Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Qaziantepdə baş verib.
Qəza zamanı minik avtomobili və motosiklet toqquşub. Hadisə zamanı 1 nəfər ölüb. Qəza 3 nəfərin yaralanmasına səbəb olub.Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
