ABŞ mediası İrana aid hücumların düşündüyündən daha böyük dağıntı yaratdığını yazıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yazıda peyk görüntülərində yüzlərlə hərbi obyektin zədələndiyi bildirilib.
Hədəflər arasında radar sistemləri, yanacaq anbarları və kazarmalar da var. Mütəxəssislər İran raketlərinin hədəfləri dəqiq vurduğunu açıqlayıb. Hücumlarda çox sayda ABŞ hərbçisinin öldüyü və yaralandığı qeyd olunub.
//Nəzər.Media
