Hantavirus hallarının “MV Hondius” adlı sərnişin gəmisində aşkarlandığı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bildirilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Gəmi Arjantindən Kabo Verde istiqamətində hərəkət edirdi.
Bir neçə sərnişində virus təsdiqlənib, bəzi ölüm halları da qeydə alınıb. Sərnişinlərə kabinələrində qalmaq və maska taxmaq tapşırılıb. ÜST vəziyyəti izlədiyini və yeni yoluxmaların mümkün olduğunu açıqlayıb.
//Nəzər.Media
