• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

“Hökumət” və “Parlament” komandaları arasında yoldaşlıq görüşü keçirilib

07 May, 26 / 22:57
A A
“Hökumət” və “Parlament” komandaları arasında yoldaşlıq görüşü keçirilib

Mayın 7-də Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumlarının əməkdaşları arasında keçirilən IV minifutbol turniri çərçivəsində “Hökumət” və “Parlament” komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Bakı Tennis Akademiyasında baş tutan qarşılaşmadan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

“Hökumət” komandasında Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov yer alıblar.

Millət vəkillərindən ibarət “Parlament” komandasının heyətində Şahin İsmayılov, Azər Əmiraslanov, Zaur Şükürov, Ramid Namazov, Vüqar Bayramov, Müşfiq Cəfərov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Emin İmanov və Samir Vəliyev yarışıblar.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yoldaşlıq oyunu 6:6 hesablı heç-heçə ilə yekunlaşıb.

Previous Post

Əməkdar artist: "Qanı, geni azərbaycanlı deyil"

Next Post

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.