Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Elazığda baş verib.
Qəza zamanı iki avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə maddi ziyan dəyib. Qəzanın baş vermə anı təhlükəsizlik kameralarında qeydə alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
