• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“Ədalətli İdman Ayı – 2026” çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisində görüş təşkil olunub

08 May, 26 / 15:28
A A
“Ədalətli İdman Ayı – 2026” çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisində görüş təşkil olunub

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə ölkəmizdə keçirilən “Ədalətli İdman Ayı – 2026” çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisində görüş təşkil olunub. Görüş Milli Məclisin Gənclər və idman komitəsi ilə AMADA-nın birgə əməkdaşlığı əsasında baş tutub.

Görüşün əsas məqsədi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tətbiqi, bu istiqamətdə görüləcək hazırlıq işləri, eləcə də təmiz və ədalətli idman prinsiplərinin təşviqi ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan bəhs edib, beynəlxalq arenada qazanılan nailiyyətlərin təmiz idman prinsiplərinə sadiqliklə daha da möhkəmləndiyini vurğulayıb. O, yeni Məcəllənin tətbiqinin ölkədə antidopinq siyasətinin daha da təkmilləşdirilməsinə və idmanda şəffaflığın gücləndirilməsinə töhfə verəcəyini bildirib.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə isə çıxışında yeni Məcəllənin əsas yenilikləri, beynəlxalq standartlarda nəzərdə tutulan dəyişikliklər və onların ölkə idmanına mümkün təsirləri barədə ətraflı məlumat verib. O, antidopinq sahəsində maarifləndirmə fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, idmançılar, məşqçilər və idman ictimaiyyəti arasında təmiz və ədalətli idman prinsiplərinin təşviqinin yeni standartların effektiv tətbiqində mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, komitə üzvləri ilə AMADA əməkdaşları arasında antidopinq siyasətinin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda bu formatda görüşlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə növbəti görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.

Previous Post

"İmişli" "Zirə"ni qəbul edir-START HEYƏTLƏR

Next Post

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.