
Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində keçirilən “Sumqayıt”-“Araz-Naxçıvan” oyunu başa çatdı. Gərgin keçən oyun 2:1 “Sumqayıt”ın xeyrinə başa çatdı.
xxxx
Oyunun 90+3-cü dəqiqəsində “Araz-Naxçıvan”ın heyətində Rahil Məmmədovun avtoqolu ilə “Sumqayıt” ikinci topa imza ataraq komandasını hesabda irəli çıxartdı-“Sumqayıt”-“Araz-Naxçıvan”-2:1
xxxx
Oyunun 63-cü dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atdı-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:1
xxxxxx
“Sumqayıt”-“Araz-Naxçıvan” oyununda tərəflər fasiləyə yollandı İlk hissədən sonra “Sumqayıt” 1:0 hesabda irəlidədir.
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edir. “Kimyaçılar”la Muxtar Respublika təmsilçisnin görüşünü Rəvan Həmzəzadə idarə edir. Artıq oyunun 45+2-ci dəqiqəsində “Sumqayıt” Aleksandır Ramalinqomun qolu ilə hesabı açdı-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:0
Turun sonuncu görüşləri bazar günü keçiriləcək.Bazar günü iki qarşılaşma baş tutucaq.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “Boz qurd”la Yevlax təmsilçisinin görüşünü Əkbər Əhmədov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Şamaxı”nı qəbul edəcək. “Ağ-qaralar”la “Şirlər”in görüşünü Tural Qurbanov idarə edəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXXI turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun ilk görüşündə “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“İmişli”-“Zirə”-0:0. Görüşün ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitti-“İmişli”-“Zirə”-0:0.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Sabah”-“Kəpəz”-0:0. Oyunun 46-cı dəqiqəsində “Kəpəz” Rəhman Hacıyevin qolu ilə hesabı açıb-“Sabah”-“Kəpəz”-0:1. Bu oyunda vurulan son qol olub və “Kəpəz” matçdan 0:1 qalib ayrıldı.
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk qarşılaşamasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 29-cu dəqiqəsində “Qarabağ” Kadi Borgesin qolu ilə hesabı açıb-“Qəbələ”-“Qarabağa”-0:1. İlk hissə “Qarabağ”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində İsmail Akinade “Qəbələ”nin bərabərlik topuna imza atıb-“Qəbələ”-“Qarabağ”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqləndiyi qarşılaşmada bir xala qane oldular.
