İran ABŞ hərbi bazalarına sərt xəbərdarlıq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri mümkün hücumlara cavab veriləcəyini açıqlayıb.
ABŞ isə Hörmüz boğazında 62 gəmini saxladığını bildirib. Vaşinqton və Tehran arasında gərginlik dayanmadan artır. Bölgədə yeni qarşıdurma ehtimalı narahatlıq yaradır.
//Nəzər.Media
