Pakistan-ın şimal-qərbində polis bölməsinə hücum olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Bomba yüklü avtomobil polis bölməsinin qarşısında partladılıb.
Partlayışdan sonra silahlı qarşıdurma baş verib. Hadisə nəticəsində 3 polis həlak olub. Hücumu hələ heç bir qrup üzərinə götürməyib.
//Nəzər.Media
